Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
“Azərbaycan Dəmir Yolları” QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.Bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, rahat və komfortlu səyahəti təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.
İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.