İki kollecə yeni direktor müavinləri təyin olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən bir sıra kolleclərin rəhbərliyində yeni təyinatlar həyata keçirilib.
Agentliyin məlumatına görə, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini təyin edilib.