• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq müstəqillik dövrünün rekorduna çatıb

Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq müstəqillik dövrünün rekorduna çatıb
26.12.2025 10:35

Azərbaycanda bu günədək 100 468,1 hektar sahədən 360 047 ton xam pambıq tədarük olunub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, pambıq üzrə orta məhsuldarlıq 35,84 sentner/ha təşkil edir ki, bu da müstəqillik dövründə pambıqçılıq sahəsində ən yüksək göstəricidir. 

2025-ci təsərrüfat ilində pambıq 16 rayonda əkilib, əkinlərin 86%-i pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun payına düşür: Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan. Bu rayonlarda əkinlərin ümumi sahəsi təxminən 86 min hektardır, ən çox pambıq isə Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Məhsuldarlıq göstəricilərinə görə Beyləqan liderdir: orta məhsuldarlıq 41,88 sentner/ha, 8 898,3 hektar sahədən 37 264,1 ton məhsul yığılıb. Digər yüksək məhsuldarlıq göstərən rayonlar Neftçala (39,79 sentner/ha), Biləsuvar (39,90 sentner/ha), Tərtər (37,61 sentner/ha), Bərdə (37,31 sentner/ha) və Saatlı (36,06 sentner/ha) olub. Bu rayonlarda məhsuldarlıq ümumrespublika göstəricisindən yüksəkdir.

Azərbaycanda pambıq əkinləri fermerlər və tədarük-emal şirkətləri arasında bağlanan müqavilələr (contract farming) əsasında həyata keçirilir. Müqavilələr çərçivəsində şirkətlər fermerləri toxum, gübrə, pestisid və herbisid ilə təmin edir, əkin və məhsul yığımına aid texnika və aqronom dəstəyi göstərir, eyni zamanda avans ödəyir. Fermerlər isə məhsulu müqavilədə nəzərdə tutulan qiymətə şirkətə təhvil verməlidirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Cəmiyyət 19:30
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Cəmiyyət 18:00
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 17:30
Bakıda mənzildə meyit tapılıb
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Cəmiyyət 16:44
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:34
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:27
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Cəmiyyət 16:18
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 15:30
Bakıda mənzildə meyit tapılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:54
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol