Onlayn TV və sayt rəhbərləri təhqir xarakterli şərhlərə görə məsuliyyət daşımalıdır - Deputat
Bəzi onlayn televiziya kanalları və xəbər saytlarında efirə çıxan qonaqlar haqqında yazılan təhqir və şərhlər məsuliyyətsiz qalır. Bunu deputat Aydın Hüseynov deyib.
Hüseynov qeyd edib ki, qanun layihəsinə əsasən, həmin platformaların rəhbərləri də yayılan təhqir xarakterli məzmun üçün məsuliyyət daşımalıdır.
“Online TV-lərin rəhbərləri efir bölməsində qalaraq təhqir xarakteri daşıyan şərhlərin yayılmasına nəzarət etməlidirlər”, – deputat əlavə edib.
O vurğulayıb ki, bu yanaşma ictimai mənəviyyatın qorunması və mediada etik standartların təmin edilməsi baxımından vacibdir.
Gülnar Nazimqızı