• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Patent qanununda dəyişiklik innovasiya və əqli mülkiyyətin qorunmasını gücləndirəcək

Deputat: Patent qanununda dəyişiklik innovasiya və əqli mülkiyyətin qorunmasını gücləndirəcək
26.12.2025 13:09

Milli Məclisin deputatı Vasif Qafarov müzakirəyə çıxarılan “Patent haqqında” Qanunda dəyişiklik layihəsini innovasiya, ixtiraçılıq və əqli mülkiyyətin qorunması sahəsində ölkənin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması baxımından vacib və vaxtında təşəbbüs adlandırıb.

Deputat bildirib ki, qanun layihəsi patent və ixtira prosedurlarının sadələşdirilməsi, ekspertiza müddətlərinin qısaldılması və iddiaçıların texniki və inzibati çətinliklərinin aradan qaldırılması imkanlarını nəzərdə tutur.

Xarici iddiaçıların milli patent ofisinə birbaşa müraciət edə bilməsi Azərbaycanın əqli mülkiyyət sistemini daha açıq və rəqabətə davamlı edəcək.

Vasif Qafarov vurğulayıb ki, layihədə xidməti tapşırıq əsasında yaradılan ixtiralara görə müəlliflərə ən azı 50 faiz qonorar ödənilməsinin qanunla təsbit olunması sosial ədalət prinsipini təmin edir və ixtiraçıların əməyinə real qiymət verilməsinə töhfə verəcək.

Deputat əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ölkədə ixtira və patent fəaliyyətinin artmasına, innovativ həllərin sənayedə tətbiqinə və Qlobal İnnovasiya İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşmasına şərait yaradacaq.

Həmçinin, startaplar, gənc ixtiraçılar, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarını stimullaşdırmaq, patentlərin istehsalata və bazara çıxarılmasını asanlaşdıran mexanizmlər yaratmaq, eləcə də patent müraciətləri və ekspertiza proseslərini tam rəqəmsallaşdırmaq üçün “vahid pəncərə” sisteminin yaradılması təklif edilir.

“Qanun layihəsi strateji əhəmiyyətə malikdir və innovativ inkişafa, elmi-texniki tərəqqiyə və əqli mülkiyyətin qorunmasına mühüm töhfə verəcək. Mən layihəni dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə çağırıram”, – deputat vurğulayıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol