Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
2025-ci il ərzində Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb və bir sıra dövlətlərlə siyasi məsləhətləşmələr keçirib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfrasında bildirib.
Nazirin sözlərinə görə, bu il Azərbaycanın diplomatik şəbəkəsi də genişləndirilib. Belə ki, Tayland və Oman Sultanlığında Azərbaycanın səfirlikləri açılıb, Suriyada isə diplomatik nümayəndəlik fəaliyyətini bərpa edib.
Bayramov qeyd edib ki, Azərbaycan 2025-ci ildə çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak edərək beynəlxalq təşəbbüslərə və regional əməkdaşlığa mühüm töhfələr verib.
Gülnar Nazimqızı