• $
  • €
  • ₽
  • ₺
  • £

Nəsib bəy Yusifbəylinin abidəsinin ucaldılması təklif olundu

Nəsib bəy Yusifbəylinin abidəsinin ucaldılması təklif olundu
17.12.2013 21:37
 Millət vəkili Qənirə Paşayeva  Parlamentdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan baş nazir Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsinin və ona abidə ucaldılmasını təklif edib.APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin M. Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının  Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə alqışlandığını və müsbət qəbul olunduğunu deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, həmin hökumətin ilk baş naziri olan Nəsib bəy Yusifbəylinin qəbrinin bu günədək harda olması  dəqiq bilinmir: "Bu istiqamətdə dövlət səviyyəsində geniş araşdırmalara, tədqiqatlara ehtiyac var. Mən təklif edirəm ki, Nəsib bəy Yusifbəyliyə ya Bakıda, ya da Gəncədə heykəli və ya abidəsi ucaldılsın və onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha geniş addımlar atılsın. Nəsib bəy Yusifbəyli  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və baş nazirlərindən biri olaraq millətimiz üçün böyük işlər görmüş böyük şəxsiyyətlərdən biridir və onun xatirəsinin yüksək səviyyədə əbədiləşdirilməsi və onun gənc nəsillərə daha geniş tanıdılması çox önəmlidir". Millət vəkili  Qənirə Paşayeva bildirib ki, ondan əvvəl çıxış etmiş həmkarları Fazil Mustafanın Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi  və Qüdrət Həsənquliyevin "Sahil" bağının "Cümhuriyyət" bağı adlandırılması ilə bağlı təkliflərini dəstəkləyir və hesab edir ki, bu, tariximiz, bugünkü və gələcək nəsillərimiz üçün çox vacib və əhəmiyyətlidir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol