• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Qaz və işıqla bağlı sabit tarif müəyyən olunub

Qaz və işıqla bağlı sabit tarif müəyyən olunub
30.12.2025 14:56

— Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib. Bununla bağlı Tarif Şurası qərar qəbul edib.


Qərar “Elektroenergetika haqqında” qanuna və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsaslanır.
Məlumata əsasən, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir.


Tarif Şurası bildirib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və beynəlxalq təcrübədə bu mexanizm istehlak həcmindən asılı olmayaraq təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.


Qərara əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün 1 manat, üçfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib.


Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol