Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Küveytin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah arasında dekabrın 30-da telefon danışığı olub, iki ölkə arasında əməkdaşlıq müzakirə edilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.
Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər
Son xəbərlər
Daha çox