• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb

Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
30.12.2025 17:48

Azərbaycanın pambıq sektorunda fəaliyyət göstərən Azərpambıq Aqrar Sənaye Kompleksi bu ilin yanvar–noyabr aylarında 36 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadən Report agentliyi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon dollar və ya 30,6% azdır.


Hesabatda qeyd olunur ki, 11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı isə illik müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.


Azərpambıq 2018-ci ildə yaradılıb və pambıq istehsalı, tədarükü, emalı, həmçinin pambıq mahlıcı, texniki çiyid, pambıq yağı və digər emal məhsullarının satışı ilə məşğuldur.


Şirkətin tərkibində Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşən altı pambıq emalı zavodu, eləcə də ölkənin müxtəlif rayonlarında yeddi istehsal və tədarük məntəqəsi fəaliyyət göstərir. Biləsuvar rayonunda Təcrübə-Sınaq Təsərrüfatı, Şirvan Pambıq Emalı Zavodunda isə texniki çiyiddən yağ istehsal edən sex mövcuddur.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dubaydan Kazana uçan təyyarə Bakıda eniş edib
Cəmiyyət 00:57
Dubaydan Kazana uçan təyyarə Bakıda eniş edib
Astarada zəlzələ olub
Cəmiyyət 23:27
Astarada zəlzələ olub
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Cəmiyyət 23:11
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 19:38
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
Cəmiyyət 18:45
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:54
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:40
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Futbola görə metro gecə 1-dək işləyəcək
Cəmiyyət 17:35
Futbola görə metro gecə 1-dək işləyəcək
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Cəmiyyət 17:25
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol