• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib

DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
31.12.2025 11:32

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib.

Nildirilib ki, idarə bayram günləri əhalinin yol hərəkətinin rahat və təhlükəsiz şəkildə təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai asayişin qorunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparır. Vətəndaşlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları və diqqətli davranmaları xahiş edilir.

Müraciətdə qeyd olunub ki, ağır hava şəraiti, o cümlədən küləkli və digər dəyişkən meteoroloji şərait yollarda çətinliklər yarada bilər. BDYPİ sürücüləri, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sahiblərini təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.Yollarda hərəkət intensivliyinin artacağı gözlənildiyini bildirərək, sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə səfərə çıxmazdan əvvəl vəziyyəti nəzərdən keçirməyi və yol şəraitinə uyğun sürət seçməyi tövsiyə edib. 

BDYPİ bütün hərəkət iştirakçılarını intizamlı olmağa və bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl etməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol