Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kənd yolunda qeydə alınıb.
Qəza zamanı "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Məlumata görə, onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü qadının müalicəsi Reaninasiya şöbəsində davam etdirilir. 1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.