Hövsanda quyuya düşən şəxs xilasedicilər tərəfindən xilas edilib - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Müraciət əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu təxminən 5 metr dərinliyi olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə zərərçəkəni quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.