• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Son günlər kiberdələduzluq halları artıb - DİN

Son günlər kiberdələduzluq halları artıb - DİN
02.01.2026 16:26

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. “WhatsApp”, “Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.

"Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.

Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər", - DİN-dən bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Cəmiyyət 12:31
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol