Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Sözü gedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox