"Yeni Klinika"nın həkiminə cinayət işi açılıb
Bakı şəhəri Nizami rayon prokurorluğu “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin həkimi Sevinc Məmmədova barəsində cinayət işinin ibtidai istintaqını tamamlayıb. Bu barədə prokurorluqdan bildirilib.
Sevinc Məmmədova 2025-ci il mayın 6-da icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində xəstə Günay Məmmədovanın mayın 18-də ölümü ilə nəticələnib. İş üzrə çoxsaylı ekspertiza rəyləri və digər istintaq materialları bu əsaslı şübhələri təsdiqləyib.
Sevinc Məmmədova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq zamanı ona polisin nəzarəti altına vermə vəzifədən kənarlaşdırılma qətimkan tədbirləri tətbiq olunub.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.