Xırdalanda toyuqları rəngləyib satıblar
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində aparılan laborator sınaqlar zamanı “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) sintetik boyası ilə sarıya boyandığını müəyyən edib.
Tartrazin qida əlavəsi dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunur və insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə səbəb ola bilər.
AQTA bildirir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Sahibkar barəsində inzibati icraata başlanılıb, toyuqların kəsimi və məhsulların dövriyyəsi qadağan edilib, məhsullar ərazidən çıxarılaraq saxlanca verilib.
Aytac