Həbs olunan həkim Sənan azadlığa buraxılıb
Bakı Apellyasiya Məhkəməsi Sənan Mehdiyevə Amnistiya aktı tətbiq edərək onu azadlığa buraxıb. Bu barədə apa məlumat yayıb.
Proses hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilib.
Sənan Mehdiyev Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra ölüm faktı ilə bağlı həbs edilmişdi. 2025-ci il yanvarın 3-də həyata keçirilən əməliyyat zamanı həkimin qüsurlu hərəkətləri nəticəsində Mansurlu komaya düşmüş və yanvarın 12-də ölmüşdü.
İstintaq zamanı S.Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham olunmuş və Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 il azadlıqdan məhrum edilmişdi.