• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Bakıda 100-ə yaxın həkim TƏBİB tərəfindən ixtisar olunduğuna etiraz edir-Yenilənib- Video

Bakıda 100-ə yaxın həkim TƏBİB tərəfindən ixtisar olunduğuna etiraz edir-Yenilənib- Video
07.01.2026 13:40

TƏBİB stomatoloqların ixtisar olunması faktını təsdiq edib. Bu barədə qurum anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

"Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib", - məlumatda deyilir. 

TƏBİB həmçinin bildirib ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub.

"Araşdırmalar göstərmişdir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb", - açıqlamada deyilir. 

****

Ölkədə fəaliyyət göstərən 100-ə yaxın stomatoloq TƏBİB-in binası qarşısında etiraz aksiyası keçirib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Onlar iddia edirlər ki, hər hansı əsas olmadan ixtisar edilərək işdən çıxarılıblar.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib, lakin qurum hələlik rəsmi cavab verməyib. 

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Cəmiyyət 10:29
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Cəmiyyət 10:21
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Həbsdə olan jurnalist anasının dəfnində iştirak edəcək
Cəmiyyət 10:16
Həbsdə olan jurnalist anasının dəfnində iştirak edəcək
Dəm qazından boğulan kişi ölüb
Cəmiyyət 09:18
Dəm qazından boğulan kişi ölüb
Avropa İttifaqı İrana qarşı sanksiyaları təsdiqləyib
Cəmiyyət 21:30
Avropa İttifaqı İrana qarşı sanksiyaları təsdiqləyib
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Cəmiyyət 19:00
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Sabah Bakının Xətai rayonun bəzi ərazilərində su kəsiləcək
Cəmiyyət 17:45
Sabah Bakının Xətai rayonun bəzi ərazilərində su kəsiləcək
Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb
Cəmiyyət 17:15
Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb
Səhiyyə xərcləri 30 %-dən çox azalıb
Cəmiyyət 16:54
Səhiyyə xərcləri 30 %-dən çox azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol