• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "roblox"a rəsmi məktub ünvanlayıb - Ciddi narahatlıqlar var

Azərbaycan "roblox"a rəsmi məktub ünvanlayıb - Ciddi narahatlıqlar var
28.01.2026 13:31

Süni intellekt və onlayn platformalar uşaqların hüquqları üçün ciddi təhdid yaradır. Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, xüsusilə pis vərdişlərin və zərərli alışqanlıqların yayılması mənfi nəticələr doğurur.

Əliyeva qeyd edib ki, “Roblox” oyununa dair hesabat hazırlanıb və bu kimi həsas məsələlərə qarşı ciddi tədbirlər görülməlidir. O əlavə edib ki, müvafiq dövlət qurumları təşəbbüslə çıxış etsələr, Ombudsman dəstək verməyə hazırdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişində təhlükəsizlik təminatı üçün konkret addımlar atılmalıdır. O, bildirib ki, Roblox korporasiyasına məktublar göndərilib və vətəndaşların şəbəkədə davranışı ciddi narahatlıq doğurur.


Dünyada uşaqların onlayn platformalarda və sosial şəbəkələrdə təhlükəsizliyi mühüm insan hüquqları məsələsi hesab edilir. Roblox kimi oyun platformalarında uşaqların zərərli kontentə və sosial manipulyasiyalara məruz qalması halları müşahidə olunur. Azərbaycanda müvafiq qurumlar və Ombudsman bu sahədə təhlükəsizliyi təmin etmək və profilaktik tədbirlər görmək üçün addımlar atır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol