Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub, bir nəfər ölüb
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib, nəticədə bir nəfər həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın nazirliyin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Hadisə zamanı yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, yaxınlıqdakı yanacaq çənləri isə yanğından mühafizə olunub.
Yanğın nəticəsində bir nəfərin öldüyü bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.