Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
"Azərbaycan Dəmir Yolları" QSC yanvarın 12-dən etibarən istifadəyə veriləcək Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət qrafikini açıqlayıb.Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu marşrut üzrə qatarlar hər gün hərəkətdə olacaq.
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,30 manat Ləki–Qəbələ istiqamətində isə 1,70 manat təşkil edəcək.
Son xəbərlər
Daha çox