• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
08.01.2026 10:10

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə nazirlik məlumat yayıb. 

Abbasov 2012–2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014–2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.

O, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini kimi vəzifələrdə fəaliyyət göstərib.

Abbasov 2024-cü ilin oktyabr ayından etibarən hazırkı təyinatına qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini olub.


Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə bağlı öz ərizəsi əsasında vəzifəsindən azad edilib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN naziri sabah Türkiyəyə gedir
Cəmiyyət 14:05
İran XİN naziri sabah Türkiyəyə gedir
Şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır - Açıqlama
Cəmiyyət 13:32
Şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır - Açıqlama
Şəmkirdə 13 yaşlı qızla nişanlanan stomatoloq 1 000 manat cərimələnib
Cəmiyyət 12:52
Şəmkirdə 13 yaşlı qızla nişanlanan stomatoloq 1 000 manat cərimələnib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:31
Sabahın hava proqnozu açıqlanıb
Hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 12:03
Hava limanı yolunda sürət həddi endirilib
Bu yolda hərəkət məhdudlaşır
Cəmiyyət 11:40
Bu yolda hərəkət məhdudlaşır
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
Cəmiyyət 11:11
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Cəmiyyət 11:09
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Cəmiyyət 10:29
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol