• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
09.01.2026 17:12

"BP-Azerbaijan" şirkəti gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Dərinsulu Günəşli" sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq.

"Report"un məlumatına görə, bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkədə yazıb.

O qeyd edib ki, "Xankəndi" sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq gələn həftə bir sıra sualtı müdaxilə işləri aparmaq üçün "Dərinsulu Günəşli" sahəsinə gedəcək.

"Bu əməliyyat, "Oceaneering International" şirkəti tərəfindən işlənib hazırlanmış, gəmi operatoru kimi "Saipem" şirkətinin və intervensiya avadanlığı sahəsində SLB şirkətinin dəstəyi ilə innovativ borusuz müdaxilə texnologiyası BORIS ("Blue Ocean Riserless Intervention System") sisteminin dünyada ilk dəfə tətbiq olunacaq", - deyə vitse-prezident vurğulayıb.

Bu texnologiya təzyiqin səmərəli nəzarətini və hasilatın artırılması imkanlarının erkən aşkarlanmasını təmin edəcək ki, bu da yatağın gələcək potensialını üzə çıxarmağa imkan verəcək.

Bundan başqa, regionda ilk dəfə olaraq sualtı işlər yarımdalma tipli qazma qurğusundan deyil, üzərinə BORIS sisteminin inteqrasiya ediləcəyi gəmidən həyata keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol