• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026 18:52

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bakalavriat təhsil səviyyəsi üzrə xoreoqrafiya sənəti ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər.

Xoreoqrafiya sənəti ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )

2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı”(oğlanlar üçün 2 rəqs)

3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün 2 rəqs)

Balet pedaqogikası:

1. “Korsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.

Xoreoqrafiya sənəti ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:30
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Cəmiyyət 15:15
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol