• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb

Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
11.01.2026 16:43

Xaçmazda dəmir yolunu keçən şəxsi qatar vurub.

"Report"un məlumatına görə, hadisə rayonun Qaraqurdlu kəndində baş verib.

Kənd sakini 1967-ci il təvəllüdlü Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub. Xəstəxanaya çatdırılan yaralı həkimlərin yardımlarına baxmayaraq, dünyasını dəyişib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu gün saat 15:20 radələrində Xaçmaz-Çarxı sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər kişi çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Unutmaq olmaz ki, yol həmişə qatarındır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol