• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib

Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
12.01.2026 10:58

Yanvarın 12-də saat 02:20 radələrində Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən  verilən məlumata görə, 2 azyaşlı (1 qız, 1 oğlan) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Diaqnoz “dəm qazının toksiki təsiri” kimi müəyyən olunub və pasiyentlərə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənənlər 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova olub. Onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər və bir ailənin üzvləridir.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol