TAP Avropanı 54,3 mlrd, İtaliyanı 45,4 mlrd kubmetr qazla təmin edib
İndiyədək Trans-Adriatik Boru Kəməri (TAP) Avropanı 54,3 milyard, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edib. Bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında məlumat verib.
Nazirin sözlərinə görə, ötən il İtaliyanın təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və 9,5 milyard kubmetr qazla təchiz edilib.
Eyni zamanda, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara Dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşdır.
2032-ci ildən etibarən istifadəyə veriləcək “Xəzər-Qara Dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaq.
Aytac
Son xəbərlər
Daha çox