• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib

Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib
13.01.2026 09:33

ABŞ Prezidenti Donald Tramp İranla ticarət edən ölkələrə qarşı 25 faiz tarif tətbiq ediləcəyini açıqlayıb.

Tramp Truth Social platformasında paylaşımında bildirib ki, İranla iş görən istənilən ölkə ABŞ ilə apardığı bütün ticarət əməliyyatları üzrə 25% tarif ödəməli olacaq. Onun sözlərinə görə, bu qərar “dərhal qüvvəyə minir” və “qəti, geri dönməzdir”.

Tariflərin ABŞ idxalçıları tərəfindən ödənildiyi qeyd olunur. OPEC üzvü olan İran uzun illərdir Vaşinqtonun sərt sanksiyaları altındadır. İran neftinin əsas alıcısı Çin hesab olunur, digər əsas ticarət tərəfdaşları isə Türkiyə, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Hindistandır.

Tramp qərarın icrası ilə bağlı əlavə detallar açıqlamayıb. Ağ Evin rəsmi saytında bu siyasətə dair hər hansı sənəd, hüquqi əsas və ya tətbiq mexanizmi dərc olunmayıb. Ağ Ev şərh sorğularına cavab verməyib.

Gülnar 

Bu arada, Vaşinqtondakı Çin səfirliyi Trampın yanaşmasını tənqid edərək, Pekinin öz maraqlarını qorumaq üçün “bütün zəruri tədbirləri” görəcəyini bəyan edib. Çin səfirliyinin X platformasında yaydığı açıqlamada bildirilib ki, Çin “qanunsuz birtərəfli sanksiyalara və genişləndirilmiş yurisdiksiyaya” qarşıdır və tarif müharibələrində qalib olmur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol