• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi tətbiq edəcəyi yenilikləri açıqladı

Təhsil Nazirliyi tətbiq edəcəyi yenilikləri açıqladı
16.12.2013 18:25

Bu ildən etibarən bütün dərsliklərə dil və üslub üzrə redaktor təyin olunacaq

 Təhsil Nazirliyi ilk olaraq dərsliklərin birbaşa məktəblərə çatdırılmasının və dərsliklərdə sonradan yaranan problemlərin qarşısını almaq məqsədi ilə bu ildən (ildə iki sinif dərsliyi olmaqla) iki sinif üzrə dərsliklərin tenderini elan edib.

 

APA-nın xəbərinə görə, bu barədə məlumat verən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib ki, 7-ci sinif dərsliyi ilə 8-ci sinif dərsliyi növbəti dərs ilində çox məhdud sayda çap olunaraq sınaqdan keçiriləcək. Onun sözlərinə görə, bu sınaq dərsliyinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

 

Bu gün ölkədə dərslik müəlliflərinin qıtlığının yaşandığını deyən nazirlik rəsmisi qeyd edib ki, bunun bir neçə səbəbi var: “Azərbaycanda dərslik hazırlanma təcrübəsi müstəqillik dövrünün məhsuludur. Hazırda ölkəmizdə Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri üçün treninq keçiriləcək. Kurikulumun qaydaları seçiləcək dərslik müəlliflərinə daha dərindən öyrədiləcək. Təhsil Nazirliyi tərəfindən müəllif hüquqlarının qorunması ilə bağlı çox ciddi addımlar atılıb. Müəllif hüquqları nazirliyin səlahiyyətinə verilib. Bu doğru bir addımdır. Çünki dərsliyi dövlət maliyyələşdirirsə, dərsliyin müəllifi də dövlət (onun təmsilçisi kimi Təhsil Nazirliyi) olmalıdır”.

 

Ə.Quliyev əlavə edib ki, uzun müddət mətbuat dərsliklərdəki çatışmazlığa görə Təhsil Nazirliyini ittiham edilib: “Elə bilirlər ki, dərslik müəlliflərini Təhsil Nazirliyi seçir. Artıq 7 ildir ki, dərsliklər müsabiqə yolu ilə hazırlanır. Yəni, müəlliflər nazirlik tərəfindən seçilmir, onlar nəşriyyat tərəfindən müəyyən edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklər haqqında yekun rəylərində dərsliklərdə dil və üslub səhvlərinə rast gəlindiyi qeyd olunub. Mövcud problemin də qarşısını almaq məqsədi ilə bu ildən etibarən bütün dərsliklərə (ixtisasından asılı olmayaraq) dil və üslub üzrə redaktor təyin olunacaq. Azərbaycanda təhsilin məzmunu ilə bağlı yalnız bir müəssisə - Təhsil Problemləri İnstitutu məşğul olur. Ancaq sovetlər məkanında 13 elmi-tədqiqat müəssisi təhsilin məzmunu ilə məşğul olurdu. İnanıram ki, qarşıdakı illərdə də bununla bağlı işlər görüləcək”.

 

Şöbə müdirinin müavini əlavə edib ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Təhsil Strategiyasında da dərsliklərin hamısının yeniləşdirilməsi, yeni prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, strategiya ilə bağlı fəaliyyət proqramı hazırlanandan sonra dərsliklərlə bağlı yeni proqram qəbul olunacaq.

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol