Azərbaycanın xanəndəsi İranda hava limanında saxlanılıb/Yenilənib
Xanəndə Qəzənfər Abbasova hazırda Bakıda olduğunu təsdiqləyib.
"On gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib: “Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”, - o bildirib.
10:27
Azərbaycanın xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Manset.az-ın verdiyi məlumata görə, saxlanmanın səbəbi açıqlanmayıb.
Məlumatı Abbasovun özü təsdiqləyib, lakin baş verənlərlə bağlı ətraflı açıqlama verə bilmədiyini bildirib. Daha sonra onun telefonunun söndürüldüyü qeyd olunur.
Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.