Məişət və azyaşlılara qarşı zorakılıqla bağlı qanunların icrası real nəticələr verir - Adil Vəliyev
Parlamentin 2025-ci il payız sessiyası əvvəlki illərdə qəbul edilmiş qanun dəyişikliklərinin praktiki nəticələrinin müşahidə olunduğu əlamətdar dövr olub. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Vəliyevin sözlərinə görə, 1–2 il əvvəl edilmiş qanun dəyişiklikləri xüsusilə məişət zorakılığı və azyaşlılara qarşı zorakılıqla bağlı normaların tətbiqində öz real təsirini göstərib. O qeyd edib ki, yeni hüquqi mexanizmlərin işlək hala gəlməsi parlament komitələrinin sistemli fəaliyyətinin nəticəsidir.
O vurğulayıb ki, qəbul edilən yeni normalar hüquq-mühafizə və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə xidmət edir və bu istiqamətdə institusional yanaşma formalaşıb.
Adil Vəliyev əlavə edib ki, 2026-cı ilin yaz sessiyasında müvafiq komitənin fəaliyyəti daha da intensivləşəcək və qanunvericilik baxımından yadda qalan nəticələr əldə olunacaq.
Gülnar Nazimqızı