• $
  • £

Avtoxuliqanlıq edən sərxoş sürücü tutulub


Avtoxuliqanlıq edən sərxoş sürücü tutulub
16.01.2026 12:08

Bakı–Şamaxı–Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü saxlanılıb.

bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Məlumata görə, idarənin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib: "Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib".

Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri qanunla yolverilməzdir və bu kimi hallara qarşı qətiyyətli tədbirlər görüləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol