• $
  • £

Bakının bu qəsəbəsində 1 ay ərzində 65 nəfəri it dişləyib

Bakının bu qəsəbəsində 1 ay ərzində 65 nəfəri it dişləyib
16.01.2026 14:46

Balaxanıda 11 saylı mərkəzi poliklinikaya bir ay ərzində sahibsiz itlərin dişləməsi ilə bağlı 65 müraciət daxil olub, lakin vətəndaşlar bələdiyyələrə üz tutsalar da, bu problemin həlli bələdiyyələrin səlahiyyətlərinə daxil deyil. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə regional məsələlər komitəsində çıxışı zamanı deyib. 

Deputat bildirib ki, Sabunçu rayonu üzrə fəaliyyət göstərən 4 bələdiyyə ilə mütəmadi əlaqə saxlayır və onların üzləşdiyi sistemli problemlərdən xəbərdardır.

Deputat bildirib ki, Balaxanı bələdiyyəsi xəritələrin olmaması səbəbindən ciddi çətinliklər yaşayır. Onun sözlərinə görə, əraziyə aid evlərə müraciət əsasında, zabrat qaydasında ünvanlar verilir, lakin rəsmi xəritələrin mövcud olmaması idarəetmədə problemlər yaradır.

Əlizadə qeyd edib ki, sənədsiz evlər, məhəllədaxili yolların vəziyyəti, küçələrin işıqlandırılması və sahibsiz itlər bələdiyyələrin əsas problemləri sırasındadır.

Arzuxan Əlizadə vurğulayıb ki, bələdiyyələr yaradılarkən əsasən “torpaq satan orqan” kimi təqdim olunub, bu yanaşma isə bu gün onların real dəstək və icra imkanlarının məhdudlaşmasına, funksional çətinliklərin dərinləşməsinə səbəb olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol