• $
  • £

Deyirlər yaxşı olacaq. Nə vaxt? - Tağıyevdən irad

Deyirlər yaxşı olacaq. Nə vaxt? - Tağıyevdən irad
16.01.2026 15:10

Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev sahibsiz itlər və yaşıllıqların idarə olunması sahəsində vəziyyəti  tənqid edib, mövcud mexanizmlərin faktiki olaraq işləmədiyini bildirib. Bu barədə Tağıyev Milli Məclisdə regionala məsələlər komitəsində çıxışı zamanı deyib. 

Tağıyev deyib ki, Toplan idarəsinin rəhbərliyində dəyişiklik edilsə də, qurumdan verilən “yaxşı olacaq” vədləri reallıqda nəticə vermir.

“Deyirlər yaxşı olacaq. Nə vaxt? Küçələrdə itlər sürü ilə gəzir, uşaqları, qadınları dişləyirlər", - o bildirib. 

Onun sözlərinə görə, sahibsiz itlərlə bağlı müraciətlər kütləvidir, lakin yerli idarəetmə səviyyəsində real icra mexanizmi mövcud deyil. Bu vəziyyətin ictimai təhlükəsizlik riskinə çevrildiyi vurğulanıb.

Tağıyev ağacların kəsilməsi məsələsində də sistemli problemlərin olduğunu bildirib. Qeyd edib ki, təhlükə yaradan və ya qurumuş ağacların kəsilməsi üçün aidiyyəti qurumlar “növbə” bəhanəsi ilə prosesi uzadır.

“Maşın da veririk, alət də. Yenə eyni cavab – növbə əsasında. Bizə bu növbə nə vaxt çatacaq?”, - 0 əlavə edib. 

Assosiasiya sədri vurğulayıb ki,  problemi həll etmək üçün xarici təcrübəyə əsaslanan yeni mexanizm tətbiq olunub. Onun sözlərinə görə, park və yaşıllıq sahələrində ağaclara QR kod sistemi quraşdırılıb.

“Bu proses başa çatdıqdan sonra hər bir ağac haqqında məlumat QR kod vasitəsilə açıq şəkildə əldə olunacaq", - sədr əlavə edib. 

Tağıyev vurğulayıb ki, mövcud vəziyyət bələdiyyələrin səlahiyyətləri ilə icraedici qurumların məsuliyyəti arasında ciddi boşluqlar olduğunu göstərir və bu boşluqlar aradan qaldırılmasa, problemlər daha da dərinləşəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol