• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Leyla Əliyeva Efiopiyaya səfər edib

Leyla Əliyeva Efiopiyaya səfər edib
19.01.2026 09:34

 Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Onu Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.

Səfər çərçivəsində Leyla Əliyevanın şərəfinə ənənəvi Efiopiya qəhvə mərasimi təşkil olunub, qonaqlara ölkənin qədim qəhvə ritualı təqdim edilib.

Leyla Əliyeva daha sonra Efiopiya Elm Muzeyini ziyarət edib. Muzeydə onu Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb. 2022-ci ilin oktyabrında açılan, 7 hektar ərazini əhatə edən və 80%-i yaşıl sahə olan kompleks elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Muzeydə interaktiv eksponatlar, planetarium və günəş panelləri mövcuddur. Rəsmilərin məlumatına görə, indiyədək 7 milyon uşaq muzeyi ziyarət edib.

Səfər proqramı çərçivəsində Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində də olub. Memorial 1896-cı il martın 1-də Adva döyüşündə Efiopiyanın İtaliya üzərində qələbəsinə həsr olunub. Kompleksdə imperator II Menelik, imperatriçə Taytu Bitul və dövrün 12 generalının heykəlləri, habelə nadir tarixi artefaktlar nümayiş etdirilir. Muzeydə pan-afrikaçılığa dair xüsusi bölmə də yer alır.

Leyla Əliyeva, həmçinin Əddis-Əbəbənin ən böyük istirahət zonalarından biri olan “Dostluq” Parkını ziyarət edib. Parkdakı musiqili fəvvarə təqdimatı zamanı Azərbaycan xalq mahnıları səsləndirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Cəmiyyət 10:43
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Güclü geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 09:55
Güclü geomaqnit qasırğası gözlənilir
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Cəmiyyət 09:49
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
Cəmiyyət 09:38
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Cəmiyyət 09:36
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Leyla Əliyeva Efiopiyaya səfər edib
Cəmiyyət 09:34
Leyla Əliyeva Efiopiyaya səfər edib
Apple iPhone 18 buraxmağa hazırlaşır
Cəmiyyət 07:53
Apple iPhone 18 buraxmağa hazırlaşır
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:35
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Cəmiyyət 20:35
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol