İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
İspaniyanın cənubunda yüksək sürətli sərnişin qatarı relsdən çıxaraq əks istiqamətdə hərəkət edən başqa bir qatarla toqquşub. Qəza nəticəsində ən azı 21 nəfər həlak olub, 75 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan 15-nin vəziyyəti ağırdır. Bu barədə yerli media məlumat yayıb.
Hadisə Madriddən təxminən 360 km cənubda, Kordova əyalətinin Adamus şəhəri yaxınlığında baş verib. Rəsmilərin ilkin məlumatına görə, ölənlərin sayının 20-dən çox ola biləcəyi istisna edilmir.
“El País” qəzetinin yazdığına görə, Madriddən Uelvaya hərəkət edən qatarın 27 yaşlı maşinisti də ölənlər arasındadır. Qəza zamanı hər iki qatarda ümumilikdə təxminən 400 sərnişin olub. Sərnişinlərin böyük hissəsinin həftəsonundan sonra Madriddən qayıdan və ya paytaxtdan regionlara gedən şəxslər olduğu bildirilir.
Qəzanın səbəbi hələlik açıqlanmayıb. İspaniyanın nəqliyyat naziri Oskar Puente Madridin Atoça stansiyasında keçirilən mətbuat konfransında qatarın düz rels sahəsində relsdən çıxmasını “qəribə” adlandırıb və həmin hissənin may ayında təmir edildiyini bildirib.
Araşdırmalar davam edir.
Gülnar
Son xəbərlər
Daha çox