Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Yol hərəkəti haqqında qanun”a dəyişiklik layihəsini müzakirəyə çıxarıb, layihəyə əsasən ödənişli avtomagistrallarda maksimum sürət müəyyənləşdirilir.
Layihəyə görə, minik avtomobilləri və 3,5 tondan yüngül yük avtomobilləri üçün maksimum sürət saatda 130 km olacaq.
Avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri və 3,5 tondan ağır yük avtomobilləri üçün ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 km ilə məhdudlaşdırılır.
Yeni redaksiyada avtomagistral qanunla müəyyən edilmiş hərəkət rejiminə malik yol olaraq təriflənir, başlanğıcı və sonu xüsusi nişanlarla göstərilir, ayrı-ayrı zolaqlar və konstruktiv elementlərlə fərqli hərəkət istiqamətləri ayrılır, digər yollar, dəmiryol, tramvay və velosiped yolları ilə eyni səviyyədə kəsişmir. Hər 50 km-dən çox olmayan məsafədə isə xüsusi istirahət və dayanacaq yerləri nəzərdə tutulur.
Gülnar