Azərbaycan rəsmiləri 20 Yanvar faciəsi qurbanlarını yad edib
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da 20 Yanvar faciəsinin qurbanlarını anıb.
Nazir faciənin 36-cı ildönümü münasibətilə “X” sosial şəbəkəsində paylaşım edərək, Qanlı Yanvarın Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu vurğulayıb.
Azərbaycanda 20 Yanvar hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.