• $
  • £

Naxçıvanda qarlı hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edilib

Naxçıvanda qarlı hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edilib
20.01.2026 09:44

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.


Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mövcud hava şəraiti yollarda sürüşmə və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu səbəbdən sürücülərə mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən saz avtomobillərdən istifadə tövsiyə olunur.


Müraciətdə qeyd olunub ki, sürət həddi seçilərkən hava və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu sahələrdə diqqət artırılmalı, əyləc sistemindən mümkün qədər az istifadə edilməlidir. Avtomobili hərəkətə gətirərkən və sürəti dəyişərkən sürətlər qutusunun imkanlarından yararlanmaq, eləcə də yaxın vuran işıqlardan istifadə etmək tövsiyə edilir. Hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanılması və aydın görünməsi təmin edilməlidir.
Piyadalara isə yollarda sürüşmə ehtimalı nəzərə alınaraq hərəkət hissəsinə çıxmamaq, yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdən keçmək, səkilərdən, yeraltı və yerüstü keçidlərdən istifadə etmək tövsiyə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol