• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Cəlilabad–Yardımlı yolu bağlanıb, 50-dən çox kənd işıqsız qalıb

Cəlilabad–Yardımlı yolu bağlanıb, 50-dən çox kənd işıqsız qalıb
20.01.2026 13:55

Qar səbəbilə Cəlilabad–Yardımlı avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad-Yardımlı yolunda qarın hündürlüyü və buzlaşması, avtomobillərin yolda qalmasına səbəb olub. Hazırda bəzi yollarda yalnız xüsusi nəqliyyat vasitələri, eləcə də “Niva” və "UAZ" avtomobillərin hərəkəti mümkündür.

Sakinlər deyir ki, günorta saatlarına doğru yolun rayon mərkəzinə yaxın əraziləri qismən qar örtüyündən təmizlənsə də, dağlıq hissələrdə hərəkətə məhdudiyyət qalmaqdadır.

Qar yağması rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik naqillərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayanıb.

Buna görə də rayonun 50-dən çox kəndində elektrik enerjisinin verilişi dayanıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hazırda fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX rəisi və əməkdaşları 20 Yanvar şəhidlərini anıblar
Cəmiyyət 14:57
DTX rəisi və əməkdaşları 20 Yanvar şəhidlərini anıblar
Əliyev Davosda Finlandiya Prezidenti ilə görüşüb
Cəmiyyət 14:33
Əliyev Davosda Finlandiya Prezidenti ilə görüşüb
DİN sürücüləri şaxtalı hava ilə bağlı ehtiyatlı olmağa çağırıb
Cəmiyyət 14:26
DİN sürücüləri şaxtalı hava ilə bağlı ehtiyatlı olmağa çağırıb
Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb
Cəmiyyət 13:58
Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb
Cəlilabad–Yardımlı yolu bağlanıb, 50-dən çox kənd işıqsız qalıb
Cəmiyyət 13:55
Cəlilabad–Yardımlı yolu bağlanıb, 50-dən çox kənd işıqsız qalıb
Yanvarın 21-də Xankəndiyə ilk köç baş tutacaq
Cəmiyyət 13:48
Yanvarın 21-də Xankəndiyə ilk köç baş tutacaq
Satıcının almalarını müsadirə edən məmur:Nə olub, nə hadisə baş verib?
Cəmiyyət 13:41
Satıcının almalarını müsadirə edən məmur:Nə olub, nə hadisə baş verib?
İranda etirazlar zamanı ölənlərin sayı 4 min nəfəri ötüb
Cəmiyyət 13:30
İranda etirazlar zamanı ölənlərin sayı 4 min nəfəri ötüb
Geomaqnit qasırğası müşahidə olunur
Cəmiyyət 13:12
Geomaqnit qasırğası müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol