Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Görüş zamanı Məsrur Bərzani İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı minnətdarlığını bildirərək salamların geri çatdırılmasını xahiş edib.
Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri xatırlanıb. Görüşdə iqtisadi, ticari, mədəni və humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Daha çox