Son bir gündə 15 nəfər şaxtalı havada yıxılıb - Rəsmi
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna son bir gün ərzində 15 nəfər müraciət edib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Nazirliyin yaydığı məlumata görə, müraciət edən şəxslərdə əsasən müxtəlif növ sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik qeydə alınıb. Xəsarətlərin əksəriyyəti sürüşmə və yıxılma halları ilə əlaqələndirilir.
Tibb müəssisəsində bütün müraciət edənlərə ilkin və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdirildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
Rəsmilər vətəndaşları şaxtalı və buzlu hava şəraitində ehtiyatlı olmağa, xüsusilə piyadaların təhlükəsizlik qaydalarına ciddi əməl etməsinə çağırır.
Gülnar