Azərbaycanda cib bıçaqlarının satışının qadağan olunması təklif olunur
Milli Məclisin deputatı Müşfiq Cəfərov son dövrlər artan bıçaqlanma hadisələri fonunda cibdə gəzdirilən bıçaqların satışının və istifadəsinin qadağan edilməsini təklif edib.
Deputat bildirib ki, aparılan müşahidələr və mövcud statistik göstəricilər bıçaqlanma hadisələrinin artdığını ortaya qoyur və bu cinayətlərin əksəriyyəti məhz cibdə daşınan bıçaqlarla törədilir.
Onun sözlərinə görə, xüsusilə kompüter oyunlarının və zorakılığı təşviq edən məzmunun gənclər arasında aqressiyanı artırması fonunda bu cür silahların asan əldə olunması ciddi təhlükə yaradır.
“Vəziyyət göstərir ki, hadisələr əsasən bu bıçaqlarla baş verir. Əgər cib bıçaqlarının gəzdirilməsi, satışı və istifadəsi qadağan olunarsa, bunun müsbət nəticələri olacaq”, – deputat qeyd edib.
Müşfiq Cəfərov vurğulayıb ki, preventiv tədbirlər gücləndirilməli, hüquqi mexanizmlər yenilənməli və ictimai təhlükəsizliyin qorunması prioritet kimi qiymətləndirilməlidir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox