Deputat fiziki məhdudiyyətli idmançıların problemlərini dinləməyi təklif edib
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov fiziki məhdudiyyətli idmançıların problemləri və nailiyyətləri ilə bağlı görüşün keçirilməsini təklif edib.
Deputat bildirib ki, ölkədə fiziki məhdudiyyətli idmançılar arasında böyük uğurlar qazanan şəxslər var və onların təcrübəsi, həmçinin qarşılaşdıqları çətinliklər daha yaxından öyrənilməlidir.
“Bu idmançılarla həmkarlarımızın iştirakı ilə görüşlər təşkil edək, onların təkliflərini dinləyək və bu məsələni iş planına əlavə edək”, – Qəhrəmanov vurğulayıb.
Onun sözlərinə görə, belə görüşlər inklüziv idmanın inkişafına, dövlət siyasətinin daha effektiv formalaşdırılmasına və fiziki məhdudiyyətli idmançıların sosial dəstəyinin gücləndirilməsinə töhfə verə bilər.
Gülnar Nazimqızı