• $
  • £

Bazar gününə olan havaproqnozu açıqlanıb

Bazar gününə olan havaproqnozu açıqlanıb
24.01.2026 14:13

Sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Tovuzda iki mərtəbəli ev yanıb
Cəmiyyət 20:25
Tovuzda iki mərtəbəli ev yanıb

Bakıda 61 yaşlı kişi küçədə ölüb
Cəmiyyət 20:00
Bakıda 61 yaşlı kişi küçədə ölüb

Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı
Cəmiyyət 18:16
Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı

Göyçayda qamışlıq ərazidə yanğın
Cəmiyyət 17:44
Göyçayda qamışlıq ərazidə yanğın
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 17:02
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb
Cəmiyyət 16:25
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol