Ölkədə 61 mindən çox vakansiya mövcuddur
Azərbaycanın vakansiya bankında hazırda 61 mindən çox boş iş yeri mövcuddur. Bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 448 işəgötürənlə əməkdaşlıq edilib. Bu proqram vasitəsilə 1 817 vətəndaş kvota əsasında işlə təmin olunub.
Abbasov qeyd edib ki, ötən il ümumilikdə 10 805 nəfərə işsizlikdən sığorta ödənişi verilib.
Gülnar Nazimqızı