• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF-nin aktivləri 2025-ci ildə 22,5% artaraq 73,5 milyard dollara çatıb

ARDNF-nin aktivləri 2025-ci ildə 22,5% artaraq 73,5 milyard dollara çatıb
27.01.2026 10:47

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yekunlarına dair açıqladığı məlumata görə, Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,5 milyard ABŞ dollarına çatıb.

ARDNF bildirir ki, 2025-ci ilin əvvəlində Fondun aktivləri 60,0 milyard ABŞ dolları təşkil edib, ilin sonuna isə 73,54 milyard ABŞ dollarına yüksəlib. Bu artım əsasən investisiya gəlirləri, maliyyə bazarlarındakı müsbət dinamika və valyuta məzənnələri ilə qızıl qiymətlərindəki dəyişikliklər hesabına baş verib.

Fondun 2025-ci il üzrə ümumi gəlirləri 37,6 milyard manat, xərcləri isə 14,6 milyard manat olub. Həmin dövrdə neft və qaz sazişləri üzrə karbohidrogenlərin satışından əldə olunan gəlirlər 9,5 milyard manat təşkil edib.

ARDNF-nin investisiya portfeli il ərzində 6,2% gəlirlilik göstərib ki, bu da 6,9 milyard manat və ya təxminən 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnib.

Fondun məlumatına görə, 2025-ci ildə dövlət büdcəsinə ARDNF tərəfindən 14,5 milyard manat vəsait köçürülüb. Bundan əlavə, ali təhsil və gənclərin xaricdə təhsili ilə bağlı dövlət proqramlarının maliyyələşdirilməsinə 105,5 milyon manat yönəldilib, idarəetmə xərcləri isə 40,7 milyon manat təşkil edib.

ARDNF qeyd edir ki, 2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə olunan faiz dərəcələrinin azalması istiqraz portfelinin gəlirliliyinə müsbət təsir göstərib. Səhm investisiyaları texnologiya və süni intellekt sektorunda irəliləyişlər fonunda artım nümayiş etdirib, daşınmaz əmlak və infrastruktur aktivləri isə ümumilikdə müsbət gəlirlilik təmin edib.

Fondun qızıl portfeli də il ərzində qızıl qiymətlərinin tarixi maksimum səviyyələrə çatması fonunda əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşdırıb.

N.Təbrizli

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol