Qohumunun evindən 51 min manat oğurlayan şəxs saxlanılıb
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qohumunun evindən külli miqdarda pul və zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Rayon sakini polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51 min manat pul və təxminən 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin qohumudur və oğurluğu evdən hissə-hissə həyata keçirib.
Faktla bağlı araşdırma aparılır.