• $
  • €
  • ₽
  • ₺
  • £

Regionun liderlərini yetişdirən strateji platforma – “EGE Pathway” modeli

Regionun liderlərini yetişdirən strateji platforma – “EGE Pathway” modeli
27.01.2026 15:13

“Ege Group” xaricdə təhsili sadəcə universitetə qəbul xidməti kimi deyil, regionun gələcək liderlərini formalaşdıran strateji insan kapitalı platforması kimi təqdim edir. Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstandan olan gənclər üçün yaradılan “EGE Pathway” modeli liderlik, karyera planlaması və qlobal inteqrasiya bacarıqlarının sistemli inkişafına yönəlib.

“Ege Group”un təsisçisi Mikayıl Mirzəzadənin sözlərinə görə, son illər xaricdə təhsil anlayışı köklü şəkildə dəyişib. “Artıq tələbələr yalnız diplom üçün deyil, qlobal perspektiv, strateji karyera trayektoriyası və beynəlxalq şəbəkələr üçün xaricdə təhsilə üstünlük verirlər. Biz hər tələbə üçün fərdi karyera xəritəsi hazırlayır, onun akademik və peşəkar yolunu sistemli şəkildə idarə edirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, “EGE Pathway” modeli tələbələrə yalnız akademik bilik deyil, həm də liderlik, adaptasiya, innovasiya və qlobal əmək bazarında rəqabət qabiliyyəti qazandırır. Model valideynlər üçün şəffaflıq və təhlükəsizlik, tələbələr üçün isə ölçülə bilən real perspektiv təqdim edir.

Mirzəzadə qeyd edir ki, texnologiya və qlobal əmək bazarındakı sürətli dəyişikliklər klassik ixtisasların dəyərini azaldır: “Biz tələbələri yalnız bugünkü bazar üçün deyil, 2030–2035-ci illərin qlobal liderlik çağırışları üçün hazırlayırıq. İnformasiya texnologiyaları, data analitika, beynəlxalq biznes, innovasiya və liderlik əsas istiqamətlərdir”.

Hazırda “Ege Group”un Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstanda filialları fəaliyyət göstərir. Şirkət minlərlə tələbəyə təhsil və karyera bələdçiliyi göstərib, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edir. Yeni istifadəyə verilən “Çin xətti” isə tələbələrin beynəlxalq biznes şəbəkələrinə inteqrasiyasını və karyera imkanlarının Asiya və Avropaya qədər genişlənməsini təmin edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol